Tərtər rayonunun Səhləbad kəndində şəhid Aslanlı Orxan Şahmar oğlunun və Ələsgərli kəndində şəhid Şahbazov Ruslan Mahir oğlunun il mərasimi keçirilib.

Rayondan verilən məlumata görə, il mərasimlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, "N" saylı hərbi hissənin əsgəri Aslanlı Orxan Şahmar oğlu 20 noyabr 1992-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Azərbaycan Ordusunun giziri Şahbazov Ruslan Mahir oğlu isə 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 10-da yaşadığı Tərtər rayonunun Ələsgərli kəndində dəfn olunub. 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN