Rusiya sülhməramlılarının Xankəndində yerləşən hərbi şəhərciyinin ərazisində sülhməramlıların şərəfinə abidə qoyulub.

Bu barədə TASS məlumat yayıb.

Sülhməramlı kontingentin Qarabağda mövcudluğunun bir illiyi münasibəti ilə çoxsaylı tədbirlər keçirilib. Tədbirlər çərçivəsində rus kilsəsi fəaliyyətə başlayıb.

Tədbirlərdə Cənub dairəsi komandanınlın müavini Rüstəm Muradov da iştirak edib.

Bu baxımdan sülhməramlılara qoyulan abidənin açılışı təəccüblüdür. Abidənin özü da xeyli suallar doğurur: Silahlı əsgər və ona gül verən qızcığaz təsvir olunub.

Bu heykəl nəyin simvoludur? Sülhməramlı nə üçün kimlərisə azad edən "azadlıq əsgəri" kimi təsvir olunur? Azərbaycan Ordusu nə vaxt özünün vətəndaşları saydığı dinc erməni sakinlərinə qarşı hərbi əməliyyat aparıb?

Qarabağ bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanınır. Belə addımlar heç də sülhə töhfə vermir. Sülhməramlılar Qarabağda müvəqqəti məskunlaşıb və 3-4 ildən sonra onların taleyi barədə qərar veriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN