BSU-nun fəal tələbələri və əməkdaşları Gənclər Günü münasibətilə sertifikatla təltif ediliblər...
“ Gənclər cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyidir. Sizə tövsiyəm budur- öyrənərək inkişaf edin! Siz gələcəkdə öz sahənizin yüksək səviyyəli mütəxəssisi olmalı, müasir dünyanın inkişaf trendlərinə uyğun formalaşmalısınız”. Bu fikirləri Bakı Slavyan Universitetinin (BSU) rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev Azərbaycan Gəncləri Günü münasibətilə universitetin bir qrup tələbəsi və əməkdaşı ilə keçirilmiş səmimi görüş zamanı səsləndirib. Görüşdə tələbələr, əməkdaşlar universitet həyatı, ictimai fəaliyyətləri və gələcək planları barədə danışıblar, həmçinin şəffaf və obyektiv keçirilən payız semestrinin imtahan sessiyası ilə bağlı təəssüratlarını bölüşüblər. BSU-nun magistrantı Sevinc Fomenko, Təhsil fakültəsindən Günel Nağıyeva, Xarici dil müəllimliyi fakültəsindən Elgün Məhyəddinli, Humanitar və sosial elmlər fakültəsindən Aytac Bayramova, Filologiya fakültəsindən Aytəkin Səmədzadə, Tərcümə fakültəsindən Leyla Seyidova təhsildə qazandıqları nailiyyətlərə, universitetin ictimai həyatında fəal iştiraklarına, Humanitar və sosial elmlər fakültəsindən Nizami Xəlilov və Güllər Həsənova gənc könüllülər hərəkatında xüsusi fəallıqlarına, Tədrisin təşkili və tədris resursları şöbəsinin mütəxəssisi Zümrüd Yolçuyeva, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının laborantı Elza Məmiyeva nümunəvi fəaliyyətlərinə görə sertifikatla təltif ediliblər.
A.Məmmədli