İki gün əvvəl Bakıdakı gecə klublarının birində baş vermiş partlyaışla bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb...
Lakin sosial mediada bu olaya olduqca yersiz münasibətlərin sərgiləndiyinin də şahidiyik. Tanınmış jurnalist Azər Həsrət özünün sosial şəbəkə hesabında bu barədə maraqlı status paylaşıb:
-Ötən gecə baş vermiş qaz partlayışı nəticəsində əylənən gənclərin ciddi xəsarət alması və bir işçi xanımın həlak olması olduqca üzücü olaydır. Ölənin yaxınlarına səbr diləyir, yaralananların tezliklə sağalmasını arzu edirəm. Və bütün günü müşahidə edirəm ki, “dindar müsəlmanlar” buna görə toy-bayram edir. Ki, Ramazan ayında niyə əylənirdilər ki, başlarına da bu iş gəlirdi deyə. Yaxud da iddia edirlər ki, Ramazan ayında əyləndikləri üçün Allah onları belə cəzalandırıb. Bu “dindar müsəlmanlar” açıq ifadələrlə “onlara yaxşı oldu” deyə həyasızcasına təbliğat aparırlar! Bu gerizəkalı – yarımqafalılar tələb edir ki, hər kəs onların inandığı cəfəngiyyata inansın, hər kəs onlar kimi cahil bir həyat yaşasın! Bilin və bilməyənlərə də bildirin. Əgər kimsə gecə saat 3-də gedib hardasa əylənmək istəyirsə, bu onun haqqıdır və heç kimin ixtiyarı yoxdur ki, fərdin həmin haqqına sözdə və əməldə müdaxilə etsin! Əgər kimsə sizinlə eyni dini, yaxud da onun tələb etdiyi yaşam tərzini paylaşmaq istəmirsə, bu da onun haqqıdır və yenə də kimsənin ixtiyarı yoxdur ki, müdaxilə etsin!
Ən əsası və gerçək müsəlmanlar üçün həyəcan təbili! Bu gerizəkalı – yarımqafalı – beyinsizləri islam yolundan təmizləyin. Əks təqdirdə, ağlı başında olan, elmdən azacıq anlayan heç kim sizinlə eyni dini paylaşmaq istəməyəcək. İslam bir xoşgörü dinidir. İslamda məcburiyyət yoxdur. Axı bu, Quranda məhz elə belə də yazılıb: Lə ikrahə fid-dini (Dində məcburiyyət yoxdur).
Yoxdursa, adamlara belə kin – nifrət qusan bu qədər “müsəlman” hardandır? Özünüzə gəlin. Məncə, gecə klubunda əylənənlərin deyil, haram pullarla hər il həccə gedib qalan 11 ayda ən kasıb insanların belə qanını soran, gözünün önündə acından ot yeyənə bir faydası toxunmayan, ancaq oğurlamaq, yağmalamaqla varlanmağı amalı bilən, lüt-çılpaq müğənni qızlara “sponsorluq” etməklə “xeyirxahlıq” nümayiş etdirən “hacıların” üzərinə gedin. Onlarmı islamı daha çox gözdən salır, yoxsa islam dininə dəxli belə olmayan, öz şəxsi həyatını yaşayarkən belə bir qəzaya tuş gələn dəxlsiz gənclər?
*** 
Bəli, İslam dini maarifçiliyi, savadlılığı və elmiliyi təlqin edir, öyrədir. Belə gerizəkalılıq isə İslama qəti uyğun gələn deyil...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN