Cümə günü Azərbaycanın paytaxtında beş komandanın: Red Bull, Ferrari, Mercedes, McLaren və Alfa Romeo komandalarının pilotlarının məşqləri keçirilir.

Sınaq yarışlarında pilot Mik Şumaxer (məşhur keçmiş yarışçı Şumaxerin oğlu) qəza törədib. O, döngələrdən birində idarəetməni itirib və çəpərə çırpılıb. 

İyunun 11-də sərbəst yarışlar davam edəcək. Bazar günü, iyunun 12-də saat 15.00-da əsas yarış keçiriləcək.

Bolidlər uzunluğu 6 km olan 51 dövrəni tamamlamalıdırlar. Yarışın əvvəlki yeddi mərhələsinin nəticələrinə görə liderlər beşliyi aşağıdakı kimidir:

1. Maks Ferstappen (Red Bull) 125 xal

2. Şarl Lekler (Ferrari) 116 xal

3. Serxio Peres ( Red Bull) 110 xal

4. Corc Rassell (Merdeces) 84 xal

5. Karlos Sayns (Ferrari) 83 xal. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN