Nəhayət, Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Tezadlar.az bildirir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.
Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1.
Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.
UEFA Millətlər Liqası
IV tur
20:00. Azərbaycan - Belarus
Baş hakim: Anastasios Papapetru (Yunanıstan)
Bakı. "Dalğa Arena"
İnanırıq ki, yığmamız bu gün azarkeşlərini sevindirəcək...
A.Məmmədli