Ötən ilin meşə yanğınlarının zərərindən təzəcə çıxmaqda olan Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib,
İş o yerə çatdı ki, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib, vəziyyəti yerində müzakirə edib. Tezadlar.az Trt-Haber-ə istinadla bildirir ki, yanğın güclü küləklə daha da şiddətlənib. Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması alovu daha da gücləndirib. Daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib, prokurorluq isə araşdırmaya başlanıldığını açıqlayıb. Alov bir sıra yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb. Ehtiyat tədbiri olaraq ərazisindəki 20 evdən ümumilikdə 68 nəfər, 29 iri və xırdabuynuzlu mal-qara və digər ev heyvanları, 5 nəqliyyat vasitəsi təxliyə edilib. Təxminən 250 hektar sahədə davam edən meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə təsərrüfatı işçisi olmaqla, ümumilikdə 1 480 canlı qüvvə iştirak edir. Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğının qarşısını almağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə əlavə qruplar göndərilib.
Ötən ilin acı təcrübəsi meşə yanğınlarının qarşısının alınmasında sayıqlıq göstərən qurumların gözündən bu hadisə necə qaçıb? İndi hamını bu sual düşündürür: bu yanğınları törədən gizli qüvvələr hardadır və hansı düşmən qüvvələrin işidir?
A.Məmmədli