Gürcüstanda son bir həftə ərzində dizel yanacağının qiyməti bahalaşıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bir sıra yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litrinin qiyməti 4,40 larini keçib. Neft idxalçıları İttifaqının rəhbəri Vano Mtvralaşvili müsahibəsində Gürcüstanda dizel yanacağı qıtlığı olduğunu bildirib. Sitat: “Bu gün bizə dizel yanacağının əsas tədarükçüsü Azərbaycandır. Son 2 həftədir ki, Azərbaycan bizi dizel yanacağı ilə təmin edə bilmir, bunun əsas səbəbi Azərbaycanda neft emalı zavodunun yenidən təchiz edilməsidir. Bu gün bu məhsulun idxalının 40-45 faizi Azərbaycandandır. İkinci səbəb Rusiya Federasiyasından idxalın gecikməsidir. Rusiya işğalçı ölkə kimi hazırda müharibədədir və ona görə də bu yanacaq müharibə üçün istifadə olunur. Hazırda məhsul yığımı prosesi də davam edir ki, bu da öz növbəsində külli miqdarda dizel yanacağı tələb edir. Buna görə də bu üç amil Gürcüstanda dizel yanacağının qıtlığına və nəticədə qiymətlərin artmasına səbəb oldu. Aydındır ki, Gürcüstanın alternativ təchizatçılara keçmək imkanı var, lakin onların qiyməti xeyli bahadır".

Belə davam edərsə, qorxu var ki, Azərbaycanda da bu yanacağın qiyməti artırıla bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN