Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin ibtidai istintaqı başa çatdırılmışdır.

İstintaqla Ağaməhəmməd Hüseynovun 2014-cü ildə 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyərkən öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 16 nəfər şəxsə dair müvafiq sənədlərdə əlilliyin təyini müddəti bir il olduğu halda, həmin qeydləri dəyişib müddətsiz etməsinə, öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmasına, bu qanunsuz əməllərdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən saxta sənədlər əsasında daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılaraq 2015-2020-ci illər ərzində ümumilikdə 148 min 460 manat artıq vəsaitin köçürülməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlarla Ağaməhəmməd Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir.

Qeyd edək ki, istintaq zamanı dövlətə vurulmuş ziyanın bir hissəsinin ödənilməsi təmin olunmuşdur.

E.ŞİRİNOV

Pin It

Qanunazidd əməlləri ilə ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Pin It

Müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının çoxalması, informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.

Pin It

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Pin It

...Təəssüflər olsun, hələ də intiharlara rast gəlirik, özü də kifayət qədər təcrübəsi və statusu olanlar arasında...

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN