NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ BAĞLI 4400 NƏFƏR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLİB
Yanvar-iyul ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib, onlardan 1 nəfəri 16-18 yaşadək, 332 nəfəri 18-25 yaşadək, 707 nəfəri 26-29 yaşadək, 3360 nəfəri isə 30 yaş və ondan yuxarıdır. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.