AZƏRBAYCANLA BMT-NİN QURUMLARI VƏ CENEVRƏDƏKİ OFİSİ ARASINDA UĞURLU ƏMƏKDAŞLIQ
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti oktyabrın 22-də BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.