SAĞLAMLIĞIN KEŞİYİNDƏ DAYANMAQ ŞƏRƏFLİDİR
Azərbaycan tibb elminin yaratdığı xarüqələr gündən-günə, aydan-aya, ildən-ilə daha parlaq şəkildə özünü büruzə verir. Həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarında eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstəsinin çarpayısından bir an belə ayrılmayan həkimlərimizin barəsində nə qədər xoş sözlər söyləsək azdır. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərimizə zillənir. Onlardan dərdlərinə əlac diləyirlər.