ZAXAROVA ŞOLSUN "ANADANGƏLMƏ DEFORMASIYASINI" AÇIQLADI
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında Almaniya kansleri Olaf Şolsun Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyanın uduzmasının vacibliyi ilə bağlı sözlərini şərh edib. O, onun sözlərini "anadangəlmə deformasiya" adlandırıb.