Mayın 1-i saat 13:40-dan 17:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub.

Pin It

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin hazırkı durumu ilə bağlı məlumat yayıb.

Pin It

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Pin It

Tbilisi şəhər məhkəməsi "Salam Platforması"nın "Soyadımı Qaytar" kampaniyası ilə bağlı Gürcüstan Parlamentinə qarşı qaldırdığı iddianı təmin etməyib. 

Tezadlar.az xəbər verir ki, bu barədə sözügedən platforma məlumat yayıb.

Məlumata əsasən, iddia ilə bağlı qərarı 29 aprel tarixində Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Buaçidze verib. Platforma üzvləri, hakimin petisiyaya imza atan 27 min şəxsin soyadlarına səciyyəvi soyad sonluqlarını qaytarılması tələbini görməzdən gəldiyini bildirir və mübarizəni digər instansiyalarda davam etdirəcəklərini qeyd edirlər: "Necə ki, Ədliyyə Evinin, Parlamentin verdiyi cavablar bizi mübarizəmizdən döndürmədi, dünən məhkəmənin verdiyi qərəzli qərar da bizi dayandırmaq gücündə deyil və sonuna qədər hər bir vətəndaşın bu mövzuda rəsmi olaraq qoyduğu mövqeyini uyğun instansiyalarda qorumağa davam edəcəyik", - deyə bildirilib.

Xatırladaq ki, Salam Platforması Gürcüstan parlamentinə soyadlardan rus şəkilçilərinin (“ov”, “ev”, “ova”, “eva”) çıxarılması və icma üçün səciyyəvi şəkilçilərin qəbul edilməsi hüququnu tələb edən qanunvericilik təklifi təqdim edib və bu təşəbbüs çərçivəsində 45 gün ərzində 120 kənd və 13 bələdiyyədə 27 000-ə qədər imza toplanıb. Lakin qanunvericilik təşəbbüsünü Gürcüstan Parlamentinin Reqlament və Qaydalar Komitəsi qəbul etməyib. Buna görə də, Platforma komitəni məhkəməyə verib.

24News.ge

Pin It

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN