Ötən gün, iyulun 3-də Ukraynanın cənubunda 47 rusiyalı əsgər, xüsusən də özüyeriyən artilleriya qurğuları, 3 zirehli texnikası və haubitsası məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Pivden” operativ komandanlığının Facebook səhifəsində məlumat verilib.
Komandanlıq əlavə edib ki, düşmənin radioelektron kəşfiyyat məntəqəsi də məhv edilib.
“...Gün ərzində düşmənin təsdiqlənmiş itkiləri - 47 hərbçisi, iki özüyeriyən artilleriya qurğusu, bir Msta-B haubitsa, bir radiolokasiya stansiyası...”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl bildirilib ki, iyulun 3-də Nikolayev vilayətində Ukrayna əsgərləri düşmənin iki silah-sursat anbarına atəş açıb, bir obyekt sıradan çıxarılıb.
Ukrayna Ordusunun Baş Qərargahı bildirib ki, aprelin 3-nə olan məlumata görə, indiyədək təxminən 35 min 970 hərbçi və 1 584 düşmən tankı məhv edilib.
Qeyd edək ki, bir neçə gün əvvəlki məlumatda Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisinin 35 870 olduğu açıqlanmışdı.
Həmçinin əvvəlki məlumatda Rusiyanın 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnika itirdiyi bildirilmişdi.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.
...Və bu dəhşətli müharibə artıq 4 aydan çoxdur ki, davam edir.
Onu da qeyd edək ki, ötən ayın sonunda Suriya hakimiyyəti də “DXR” və “LXR”-in müstəqilliyini tanıyıb...
JASMİN