Ucar rayonunun Qazyan kənd məktəbi qəzalı vəziyyətdədir.
Redaksiyamıza Ucardan şikayət məktubu göndərən Zakir İsmayıl ürək ağrısı ilə yazır: "Yazıram, bu qulaqdan alıb o birinə ötürürlər. Yazmıram, vicdanım sizlayir...".
Mövzu Ucar rayonunun şəhidi Əziz Əliyevin adını daşıyan Qazyan kənd 2 nömrəli tam orta məktəbdir. Şikayətçi yazırki, dəfələrlə məktəbin dagılmaq həddində olması barədə məsələ qaldırıb: “Ucarın millət vəkilinə də, Ucar RİH aparatına da məsələni çatdırmışam. Hər iki tərəfdən bu beşilliyin planında məktəbin tikintisi olduğu bildirilib".
Z.İsmayılın sözlərinə görə, amma verilən vədlərə əməl olunmur.
"Artıq beşilliyin 4-cü ili bitmək üzrədir. Məktəb tikintisinin üfüqdə işartısı da görünmür. Məktəb hər an uçmaq təhlükəsi ilə üz-üzədir", - deyə Z.İsmayıl yazır.
Ölkənin aidiyyəti qurumlarına müraciət edən Zakir İsmayıl "150 evlik "ağilli kənd"ə 64,8 milyon manat pul xərcləyən əlaqədar təşkilatlar hara baxırsınız? (Agıllı kənddəki bir evə 432-min manat xərclənir. Orada tikilən 1-1,5- evin pulu bu məktəbi tikməyə bəs edər.) Gözləyirsiniz ki, məktəb uçsun, altında uşaqlar qalıb ölsün? Sonra başlayasınız bu tikintini? Yay tətilidir. Qarşıda 2,5 ay vaxt var. Niyə tikintiyə başlamırsınız? Nədir qarnınızın ağrısı?", - deyə məktubunu belə yekunlaşdırır.
E.ŞİRİNOV