booked.netbooked.net booked.net  

İyulun 1-də Vyanada keçirilmiş görüşün yekunlarına əsasən Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ermənistanla Türkiyə arasında üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə razılığa gəliblər. İki ölkə arasında aviadaşımaların həyata keçirilməsi barədə də razılıq var.

Bu barədə iyulun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, siyasi razılaşmanın həyata keçirilməsi üçün Ermənistanın müvafiq qurumlarını Türkiyədən olan həmkarları ilə əməkdaşlığa çağırıb.

"Mənim vəzifəm əldə edilmiş razılaşmaların mümkün qədər tez həyata keçirilməsi üçün koordinasiya olunmuş şəkildə işləməkdir", - N.Paşinyan deyib.

Qeyd edəkki, bundan öncə Ermənistan rəhbərliyi iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasının və diplomatik münasibətlərin qurulmasının vacibliyini bəyan edib.

Xatırladaq ki, bu məsələ iyulun 6-da Paşinyanın Rusiya prezidentilə telefon danışığında da müzakirə edilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN