Lənkəranda icra başçısının keçmiş müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalmış 15 yaşlı qız bu həftənin sonundan etibarən reablitasiya məqsədilə Azərbaycan Uşaqlar Birliyinə yerləşdiriləcək.
Bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, məktəbliyə psixoloji dəstək göstəriləcək.
Eyni zamanda, "Çevik Ekspert Qrupu"nun nümayəndələri tərəfindən ailəyə hüquqi yardımlar ediləcək və vəkillə təmin olunacaqlar.
Xəbər verdiyimiz kimi, iyulun 14-də Lənkəran 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi həmin rayonun icra başçısının müavini Rasilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisə yerində 4 nömrəli tamorta məktəbin direktoru Yeganə Əsgərova da olub.
Döyülmə faktı ilə bağlı Lənkəran Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Qeyd edək ki, sözügedən şəxslər vəzifələrindən uzaqlaşdırılıblar.
E.ŞİRİNOV