Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

Məlumata görə, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Bildirilir ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Beləliklə, Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN