Şimali Koreyada son üç gündə yeni COVID-19 hadisəsi qeydə alınmayıb.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.
"Epidemiya əleyhinə Fövqəladə Hallar üzrə Dövlət Qərargahının məlumatına görə, iyulun 30-u saat 18:00-dan 31-i saat 18:00-dək ölkə ərazisində bir dənə də olsun yeni qızdırma halı qeydə alınmayıb", - deyə qeyd olunub.
Bildirilib ki, aprelin sonundan indiyədək virusa yoluxanların sayı 4 milyon 772 min 813 nəfərə çatıb, 4 milyon 772 min 595 nəfər müalicə olunaraq sağalıb, 144 nəfərin müalicəsi davam etdirilir.
İyulun 5-nə olan məlumata görə, ölənlərin sayı 74 nəfər olub.