Sumqayıt şəhəri, "Yaşıl dərə" massivi, Sevil Qazıyeva küçəsi, 625 "V"-də yaşayan, qazi Abbasov Vüsal Söhrab oğlu dövlət başçısına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Bildirirəm ki, mən 23 mart 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam və orada yaşamışam. 2016-cı ildən 2020-ci il oktyabrın 2-nə qədər MAXE kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işləmişəm. Xidməti işimlə bağlı Vətən müharibəsində iştirak etmişəm və döyüşlərdə bədənimin müxtəlif yerlərindən ağır yaralanışam.
Mühariədən sonra ciddi xəstəliklərdən əzyyət çəkrəm. Son 2 ilə yaxındır ki, müxtəlif xəsətəxanalara müraciətlər edərək müalicələr almağıma baxmayaraq, DİN-in DQ hərbi həkim komissiyasının qoyduğu “Sağ bud nahiyyəsini dəlib keçən odlu silah yaralanmasından sonrakı çapıqla, sol IV və V qabırğaların sağı, sol tərəfli hemopnevmotoraks, ağciyər kontuziyas, pnvmonitdən sonrakı restriksianın üstünlüyü, qarışq tipli əhəmiyyətl ventilyasiya pozğunluğu, Plevra bitişmə,Tənəffüs çatşmazlığı 2-ci dərəcə. Üzün hər iki tərəfinin plevranın, döş qəfəsinin sol yarsının çoxsaylı yad cisimlər (metal qəlpələr)” diaqnozu əsasında tapdığım xəstəliklərdən tez-tez bayılmalar müşahid olunur.
Tənəffüs funksiyasının pozulması nəticəsində yeriş və hərəkətimdə də kəskin pozulmalar baş vermişdir. Maştağa psixi xəstəxanasında müalicələr almğıma baxmayarq, qarabasmalardan, kəskin boğulmalardan əziyyət çəikrəm. Hazırda da bu ilin ortalarına qədər müalicələr almağıma baxmayaraq, sağlamlığımı qismən də olsa bərpa edə bilməmişəm. Əksinə, ağırlaşmalar davam edir. Bir ildir ki, nervopatoloqun nəzarəti altındayam.
Doğudur, xəstəliyimin ağırlaşması nəticəsində mən Daxili Qoşunlardan sağlamlıq vəziyyətimə görə hərbi xidmətə yarasız olduğuma görə işdən azad edilmişəm. Lakin çox təəssüflər olsun ki, DİN-nin DQ-ın hərbi həkim komissiyası özlərini də qeyd etdiyi kimi çoxsaylı diaqnozlar qoysalar da, nevroloji vəziyyətimi və fatiki sağlamlığımın itirilməsini və nəticədə, iş qabiliyyətimin omamasını qəbul etdikləri 377 nömrəli, 14.12.2021-ci il tarixli XƏSTƏLİK HAQQINDA ŞƏHADƏTNAMƏDƏ qeyd etəməməklə məni müharibə dövründə qismən yararlı yazıblar. Lakin onların mənim xəstəliklərim üzrə verdikləri FORMA-88 göndərişinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi komissiyası tərəfindən əsassız olaraq imtina verilmişdir. Heç səbəbini də izah etmirlər.
Rəsmi imtina cavabında ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komisiyası müxtəlif, mənə aydın olamayan formada əlilliyimin təyin edilməsinə qəsdən imkan verməyiblər. Belə ki, komissiya mənə qoyulan diaqnozu əlillik meyarına qəsdən uyğun hesab etmir. Yəni, bu rəsmi süründürməçilkdən belə nəticə çıxarıram ki, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiysının maddi maraqları təmin edilmədiyinə görə sonda əlillik təyin edilməsi üçün FORMA 88-i təsdiq etməyiblər. Halbuki mənim kimi ağır xəstəlikdən əziyyət çəkən çox insanlara əlillik təyin edilmişdir. Hesab edirəm ki, həkim komissiysının əsassız imtinası bir bəhanədir və ciddi qanun pozuntusudur. Belə olmasaydı DİN-nin DQ-nın peşəkar hərbi həkim komissiyası mənə belə bir ağır xəstəliyim ola-ola əlilliyin təyin edilməsi üçün forma 88 hazırlayıb sistemə daxil etməzdilər ki, əlilliyim qiymətləndirilsin və təsdiq edilsin. Amma faktiki olaraq mənim indi ağır xəstəliyimə görə işsizlikdən (iş qabiliyyətimi itirdiyimə görə) və xəstəlikdən əziyyət çəkdiyim bir vaxtda hansı maddi vəsaitlə ƏƏSMN-nin həkim komissiyasını “razı salmalı” idim? Mən hazırda faktiki olaraq müharibə əliliyəm. Və bu faktı, sadəcə, vicdanla təsdiq etmək lazımdır.
Cənab Ali Baş Komandan və Prezident! Hesab edirəm ki, mənim kimi qanını vətənin azad olunması uğrunda tökmüş və nəticədə sağlamlığını və iş qabiliyyətini itirmiş kasıb və sadə vətəndaşları qəsdən süründürməçiliyə məruz qoyan komissiyanın işinin ciddi araşdırlmasına zərurət yaranıb.
Sizdən çox xahiş edirəm, mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün müstəqil ekspert komissiyasına tapşırıq verməyinizi və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyasının qanunazidd əməllərinə hüquqi qiymət verilməsi barədə aidiyyəti üzrə göstərişlər verəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm".
Məsələ ilə əlaqədar maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
E.ŞİRİNOV