booked.netbooked.net booked.net  

O, jurnalistin telefonunun dinlənildiyini etiraf edibmiş..

Yunanıstanın kəşfiyyat rəhbəri “CNN Yunanıstan”ın jurnalistinin telefon dinləmələri qalmaqalına görə istefa verib.

Reuters-in məlumatına görə, bu barədə bu gün baş nazirin ofisindən məlumat verilib.

Kəşfiyyat rəhbəri Panagiotis Kontoleon "qanuni telefon dinləmə prosedurları zamanı aşkar edilən səhv hərəkətlərdən sonra" istefa verib.

Belə ki, həftənin əvvəlində iki deputat anonimlik şərti ilə agentliyə bildirib ki, Panagiotis Kontoleon parlament komitəsinin iyulun 29-da keçirilmiş iclasında kəşfiyyat xidmətinin  “CNN Yunanıstan”da işləyən maliyyə jurnalisti Tanasisom Kukakislə bağlı casusluq etdiyini etiraf edib.

Bildirilib ki, baş nazir Kiriakos Mitsotakisin baş köməkçisi, onun baş katibi Qriqoris Dimitriadis də əlavə məlumat vermədən istefa verib.

Hökumət bildirib ki, Yunanıstan rəsmiləri Kukakisə casusluq etmək üçün istifadə edildiyi iddia edilən casus proqramdan istifadə etmir və onu satan şirkətlərlə iş görmür.

Aprel ayında Yunanıstan prokuroru Kukakisin smartfonunun izləmə proqramı ilə yoluxduğu iddiası ilə bağlı araşdırmaya başlayıb.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN