ABŞ 2008-ci ildə Gürcüstanı sülhə məcbur etmək üçün tədbirlər görərkən Rusiyanın narahatlığını eşitməyib və təhlükəli kursu davam etdirib.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

 "2008-ci ilin avqustunda Gürcüstanı sülhə məcbur edən tədbirlər vətəndaşların müdafiəsi üçün atılıb. Eyni zamanda, bu, ABŞ və NATO üçün Rusiyanın narahatlığını eşitmələri üçün bir siqnal idi", - bu fikirləri o, Telegram kanalında yazıb.

Medvedevin sözlərinə görə, bu, hazırda geosiyasi miqyasda dönməz dəyişikliklərə gətirib çıxarıb. Amma bunu ABŞ və NATO eşitmədi və anlamadı. Məhəl qoyulmur. Onlar son dərəcə təhlükəli kurslarını davam etdirdilər. 2022-ci ildə biz daha sərt cavab verməli olduq. İndi bütün dünya  geri dönməz şəkildə dəyişib”, - deyə Medvedev vurğulayıb.

 Xatırladaq ki, bu gün Rusiya- Gürcüstan müharibəsindən 14 il keçir.

Gürcüstanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirmir və işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirir.

Həmçinin Gürcüstana qarşı qanunsuz və təxribat xarakterli hərəkətləri dayandırmağa çağırıb.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN