Moskva ilə Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi 47 maddədən ibarətdir.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
"Bu müqavilə preambula, 47 maddədən ibarətdir", – o deyib.
İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, sənəd ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Moskvaya səfər edəcəyi məlum olub. Eyni zamanda, İslam Respublikasının lideri Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalayacaq.
E.ŞİRİNOV