Sankt-Peterburqda yanvarın 12-nə keçən gecə bir nəfər “otvyorka” ilə tanışının sinəsindən vurub.
Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.
"23 yaşlı yerli sakin tanışı ilə evində içki içiblər. Nə səbəbdənsə qəfildən onların arasında münaqişə yaranıb və bu zaman qonaq ev sahibinin sinəsinə tornavida ilə zərbə endirib və gözdən itib", - telekanalın mənbəsi bildirib.
Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Hadisənin bütün halları müəyyənləşdirilir.
E.ŞİRİNOV