Sankt-Peterburqun tərkibinə daxil olan Kolpino şəhərində bir nəfər avtobusda sərnişinlərlə mübahisə edib və onları silahla hədələyib.
Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.
Məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən sonra qaçan bədxahı axtarır.
"Avtobusda sərnişinlərdən biri digər iki sərnişinlə - kişi və qadınla münaqişə edib. Nəticədə, qarışıqlıq yaradan şəxs rəqiblərini silahla hədələyib", - telekanalın mənbəsi bildirib.
Bundan sonra insanları hədələyən şəxs stansiyaların birində düşüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətdən xəbərdar olublar və hazırda problem yaradan şəxsi axtarırlar, - REN TV-nin mənbəsi aydınlıq gətirib.
O, həmçinin əlavə edib ki, faktla bağlı cinayət işi açılıb. Təyin olunan avtobusda sərnişinlər arasında baş verən davanın səbəbi müəyyənləşdirilir.
E.ŞİRİNOV