Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda 12 nəfərin zəhərlənməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri nəticəsində 12 nəfərin yüngül dərəcədə zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.