Qarabağdakı Rusiya sülhməramlılarının tənqid edilməsi əsassızdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinq zamanı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyətini tənqid edib.

N.Paşinyanın sözlərinə görə, Qarabağdakı hadisələr, o cümlədən son günlər baş verənlər Rusiya sülhməramlılarının regiondakı fəaliyyəti ilə bağlı “suallar yaradır”. Onun sözlərinə görə, bu hadisələr “Rusiya sülhməramlılarının iştirakı və razılığı ilə” baş verib.

"İntensiv siyasi təmaslarla yanaşı, yerində vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərən Rusiya sülhməramlılarının fəal işi davam edir. Həm Bakı, həm də İrəvanda Rusiya sülhməramlı kontingentinin mühüm rolunu dəfələrlə qeyd ediblər. Hesab edirəm ki, sülhməramlıların ünvanına səsləndirilən tənqidi fikirlər əsassızdır”, - deyə İ.Neçayev bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN