booked.netbooked.net booked.net  

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayonunun Qaradağlı kənd sakini Elzamin Tağıyevin doğum günü onun dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən şəhidlər məzarlığında anılıb.

Bölgə müxbirimiz xəbər verir ki, mərasimdə iştirak edən hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid Elzamin Tağıyevin şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib.

E.Hüseynov şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Elzamin kimi övladların igidliyi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Tədbirdə Tibb Universitetinin müəllimi, Mirzə Ələkbər Sabirin nəticəsi Əhməd Nəbiyev, Qeyri-Hökumət Təşkilatlarının sədrləri çıxış edərək Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd edilib ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz liderinə etibarını daha da möhkəmləndirdi.

Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edib.

Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.

E.ŞİRİNOV        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN