Ötən gün Tbilisidə aksiyanı işıqlandıran jurnalistlərə qarşı polis basqısı olub...
Xüsusi İstintaq Xidməti hüquq-mühafizə orqanları əməkdaşlarının etirazçılara və KİV nümayəndələrinə qarşı zorakılıq tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı araşdırmalara başlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətindən məlumat verilib. Bildirilib ki, Xüsusi İstintaq Xidməti Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə araşdırmalara başlayıb. Qeyd olunub ki, sözügedən qurum bütün zəruri istintaq hərəkətlərini fəal şəkildə həyata davam etdirir.
Məlumat üçün bildirək ki, Media Ombudsmanı bəyanat yayıb və bildirilib ki, ötən gecə maskalı xüsusi təyinatlılar və polislər Rustavelidə iyirmidən çox jurnalist və operatora zorakılıq tətbiq edib. Onların bir çoxunun foto və videokamerası sındırılıb.
ELBAR