Ötən gecədən Hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən parlament binası önünə toplaşıblar.
Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, hazırda aksiya iştirakçıları Rustaveli prospektini bağlayıblar. Aksiya iştirakçılarından bəziləri etiraz əlaməti olaraq qanunverici orqanın ön girişində ucaldılan dəmir bəndlərin üzərinə vururlar. Əldə olan məlumata görə, prezident Salome Zurabişvili bugünkü mitinqdə iştirak edəcək və o, vətəndaşlar qarşısında çıxış edəcək. Qeyd edək ki, Azadlıq Meydanına və parlament binasının ətrafına çox sayda xüsusi təyinatlı dəstə və bir neçə su reaktiv maşını cəlb olunub. Hazırda Tbilisidəki aksiya ilə paralel olaraq, Batumi şəhər meriyası önündə də etiraz aksiyası davam edir.
Məlumat üçün bildirək ki, aksiya iştirakçıları hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması qərarına etiraz edirlər.
Qeyd edək ki, sonuncu mitinqdə ölkə prezidenti də iştirak edirdi.
A.Məmmədli