Xəbər verdiyimiz kimi, Zabux kəndini tərk edən ermənilərin bəziləri evlərini yandırırlar.

Erməni teleqram kanallarının məlumatına görə, bu gün kəndin ikinci sakini “düşmən orada yaşamasın deyə” evini yandırıb.

Erməni mənbələri xəbər verir ki, hazırda Zabux kəndində iki, Laçında isə bir ev yandırılıb. Beləliklə, Qarabağ separatçılarının evləri yandırmayacağına dair vədlərinə baxmayaraq, ermənilər evləri yandırır.

Erməni mənbələrinin məlumatına görə, Zabuxda 200 sakindən cəmi 70 nəfər qalıb.

Avqustun 25-də Laçın, Zabux və Sus Azərbaycanın nəzarətinə keçəcək. Bundan sonra Ermənistanı Qarabağla birləşdirən yeni yol işə düşəcək.

Xatırladaq ki, Azərbaycanın Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və bütün azərbaycanlı əhali qaçqın düşməyə məcbur olub. 

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN