"Ankaranın terrorçuları təhvil verməkdə qərarlı olduğu və yerinə yetirməli olduğu öhdəliklər vurğulanacaq" - “Yeni Şafak”

 Ankara terrorçuluqda ittiham olunan şəxslərin yeni ekstradisiya siyahısını Stokholm və Helsinkiyə təhvil verəcək.

Bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Bildirilir ki, avqustun 26-da Finlandiyada ölkələrin NATO-ya üzvlüyü mövzusunda məsləhətləşmələr keçiriləcək. Söhbət təşkilatın sammitində imzalanmış - üçtərəfli memorandum çərçivəsində yaradılmış Birgə Daimi Mexanizmin iclasından gedir.

Danışıqlara Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.

Nəşrin yazdığına görə, Türkiyə həmin ölkələrə hələ yerinə yetirilməmiş 10 bənd üzrə öhdəliklərini xatırladacaq.

 “Ankaranın terrorçuları təhvil verməkdə qərarlı olduğu və yerinə yetirməli olduğu öhdəliklər vurğulanacaq", - qəzet yazır.

Vurğulanır ki, Türkiyənin daha əvvəl ekstradisiyasını tələb etdiyi vətəndaşların adları da terrorçular siyahısına əlavə edilib.

Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı sənədlər indiyədək alyansın 30 ölkəsindən 23-ü tərəfindən ratifikasiya olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bir müddət öncə bu ölkələrə xəbərdarlıq edərək bildirib ki,  "Şimali Avropa ölkələri terrorla bağlı ötən ay verdiyi vədləri yerinə yetirməsə, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü donduracaq".

 Xatırladaq ki, bu ölkələr terrorizmlə mübarizə məsələsində Türkiyə ilə sıx əməkdaşlıq etmək barədə öhdəlik götürüblər.

Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq. Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN