"Mən iyul ayının əvvəlləri musiqi alətləri satışı ilə məşğul olan Dilarə Əliyeva 25 ünvanında yerləşən “MUSİC MALL” mağazasından (köhnə adı ilə Ağa Music Group) 765 manata gitara almışam. Həmin gitaranı bankdan götürdüyüm kreditlə almışam. Almaqda məqsədim isə restroranlarda ifa edərək maddi etiyaclarımı qarşılamaq olub. Gitaranı alarkən tələb etməyimə baxmayaraq, mənə hər hansı çek, kassa qəbzi təqdim edilmədi".

Bunu Cavid Gözəlov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazıb.

Narazı vətəndaş daha sonra yazır: "Gitaranı aldıqdan təxminən 7-10 gün sonra onda qüsurlar olduğunu müəyyən etdim. Daha sonra mağazaya yaxınlaşıb malın qüsurlu olduğunu bildirdim və geri qaytarmaq istədim. Qüsurun olduğunu onlar da etiraf etdi. Amma geri götürməkdən imtina etdilər və təmir edə biləcəklərini dedilər. Mən məcbur olub razılaşdım, ümid etdim ki, təmirdən sonra qüsur aradan qalxacaq. Bir neçə gün sonra mağazaya yaxınlaşdım və təmirin nəticəsi ilə maraqlandım. Mağazada gitaranı yoxladıqda müəyyən etdim ki, təmir bir nəticə verməyib, qüsur aradan qaldırılmayıb, səslənmə problemi gitarada hələ də qalır. Xahiş etdim ki, gitaranı geri götürsünlər və mənim pulumu qaytarsınlar. Buna baxmayaraq, razılaşmadılar. Bildirdilər ki, bu uzun prosedurdur, müdiriyyət xarici ölkədə istirahət edir, o qayıtmamış heç nə edə bilmərik. Malı vitrinə qoyacaqlarını, başqa kimsə aldığı təqdirdə pulumu qaytara biləcəklərini dedilər. Həmin mal son günlərə qədər mağazada qalıb, satılmayıb. Mağaza qüsurlu malı qüsurlu olduğunu bilə-bilə başqasına satıb mənim pulumu qaytarmaq niyyətindədir. Mənim hüquqlarımı kobud şəkildə pozmaqla yanaşı, başqa vətəndaşları da aldadaraq qüsurlu məhsulu satmaq istəyirlər.

Mağaza məni çətin vəziyyətdə qoyub. Gitaradan istifadə edə bilməməklə yanaşı, banka krediti ödəmək məcburiyyətindəyəm. İstehlakçı hüquqlarım pozulub və bərpa edə bilmirəm. Sahə polisinə də müraciət etmişəm, hələ ortada heç nə yoxdur. Nə edim, necə edim, bilmirəm…"

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN