Zqurets: "Ukrayna Silahlı Qüvvələrinə mümkün qədər çox ağır silah və artilleriya lazımdır"
"İndi uğurlu əks-hücum və işğal etdikləri əraziləri işğalçılardan azad etmək üçün Ukraynada güclü zirehli texnika, eləcə də artilleriya çatışmır".
Tezadlar.az xəbər verir ki, bu fikri "Defence Express"in analitiki Sergey Zqurets "Espresso" telekanalının efirində bildirib.
"Bizim Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı ilə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında birbaşa əlaqəmiz var. Silahdan söhbət düşəndə onlar əvvəlcədən məsləhətləşirlər. Yəni, ABŞ hərbi əməliyyatların aparılması üçün bu gün bizə nə lazım olduğunu bildirir. Belə qənaətə gəlmək olar ki, Ukrayna Silahlı Qüvvələrində artilleriyaya böyük ehtiyac var, çünki düşmən artilleriya sistemlərində kəmiyyət üstünlüyünü hələ də saxlayır", - deyə Zqurets izah edib.
E.ŞİRİNOV