Ukraynanın Zaporojye vilayətindəki Orixiv şəhəri 6 saat ərzində 200-dən çox hücuma məruz qalıb.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Starux Telegram-da yazıb.
Onun sözlərinə görə, şəhər 14 saat reaktiv sistemlərdən və artilleriyadan fasiləsiz atəşə məruz qalıb.
"Ən çox şəhərin mərkəzi zərər çəkib. Atəş nəticəsində iki uşaq və onların anası yaralanıb", - deyə Starux əlavə edib.
E.ŞİRİNOV