Ermənistan Ombudsmanı Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində sərhədyanı kəndlərin 2750 sakininin təxliyə edildiyini bildirib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, (guya - redaksiya) Azərbaycan Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Ermənistanın sərhədyanı kəndlərinin 2750-yə yaxın sakini təxliyə edilib.

Bu barədə respublikanın ombudsmanı Kristina Qriqoryanın yaydığı bəyanatda deyilir.

“Hüquq müdafiəçisinin ofisinin topladığı məlumatlara görə, Geqarkunik rayonunun Sotk, Norabak, Kut, Azat, Airk, Tretuk, Kutakavan, Çakaten, Şikahoq qəsəbələrində azı 2750 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Köçkünlərin böyük əksəriyyəti qadınlar, uşaqlar, qocalar, o cümlədən əlillərdir”, - mətndə deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN