Gizir İsmayıl Budaqlı Məhərrəm oğlu sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Sabirabad rayonu Axtacı kəndində şəhidimizin ailəsini ziyarət ediblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görüldüyü, bundan sonra da operativ davam etdiriləcəyi bildirilib. Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb.

İsmayıl 44 günlük Vətən müharibəsi döyüşlərində də iştirak edib. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidimizin ailəsi dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN