Moskvanın qərbində Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin xatirəsini xüsusi küçə əbədiləşdirəcək.

Bu barədə partiya sədri Leonid Slutski özünün Telegram kanalında yazıb.

 "Jirinovski küçəsi (bu onun rəsmi adıdır) Nejinskaya küçəsindən Oçakovo-Matveevskoye ərazisində Setun çayı vadisi boyunca uzanacaq", - o açıqlayıb.

 Siyasətçinin sözlərinə görə, müvafiq qərarı artıq Moskva meri Sergey Sobyanin imzalayıb.

Xatırladaq ki, Vladimir Volfoviç Jirinovski 8 dəfə koronavirusa qarşı peyvənd vurdurmasına baxmayaraq,  COVİD 19-a yaxalanaraq,  fevralın 2-də Moskva Mərkəzi Klinik Xəstəxanasına aparılmışdı. Əvvəllər həm partiyasının mətbuat xidməti, həm də klinika tərəfindən vəziyyətinin normal olması barədə açıqlamalar verilsə də, sonralar onun səhhətinin heç də yaxşı olmadığı və pisləşdiyi barədə məlumatlar dolaşmağa başladı. Hətta Rusiya KİV-də siyasətçinin bir neçə dəfə ölüm xəbəri yayılsa da, bu xəbər təkzib edilmişdi.

Və nəhayət, aprelin 6-da öldüyü açıqlandı.

Qeyd edək ki, siyasətçi həmişə verdiyi qalmaqallı açıqlamaları ilə yaddaşlarda iz buraxıb...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN