Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikasının Müdafiə Nazirliyi ER Silahlı Qüvvələri qarşısında qoyulmuş tapşırıqları əsas götürərək KTMT çərçivəsində Qazaxıstanda keçirilən təlimlərdə iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki,Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimlərinin sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl (Vətən müharibəsində də) Ermənistan hakimiyyəti KTMT-dən guya ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yardım göstərməyi xahiş etmişdi. Lakin saxta məlumatları işə yarımadı və istəklərinə nail ola bilmədilər.

Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını təklif edib.

Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və təşkillata üzvlük İrəvanın Qərbdən, xüsusən də ABŞ və Fransadan hərbi yardım almasına mane olur.

Sabiq baş nazir bəyan edib ki, əgər İrəvan KTMT-dən çıxarsa bu, qərbdən 300-400 milyon dollarlıq hərbi yardım almağa imkan verəcək.

 Daha sonra, İrəvanda bir qrup vətəndaş da aksiya keçirərək hökumətdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb ediblər. 

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN