Bu gün Füzuli rayon Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda 27 sentyabr Anım Günü münasibərilə tədbir keçirildi.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov paylaşım edib.
Millət vəkili qeyd edib ki, tədbirdə RİH-nin başçısı Alı Alıyev, həmçinin hərbi və digər dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri ilə birgə iştirak etdik.
“Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxışlarda bildirildi ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev “27 sentyabr – Vətən müharibəsi”nin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Artiq ikinci ildir ki, 27 sentyabr respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da rəsmi anım tədbirləri keçirilir.
Çıxışlarda şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu vurğulandı və növbəti illərdə də sosial təminatın daha güclənəcəyi bildiridi. Zəfərimizin mənbəyində şəhidlərin və qazilərin qəhrəmanlıqlarının dayandığı vurğulandı.
Tədbir şəhidlərin abidələri önünə tər qərənfillər düzülməsi, şəhidlərin ruhuna dualar oxunması ilə davam etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə Vüqar Bayramov bildirib.
JASMİN