İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi həbs edilib.
Apa-nın məlumatına görə, İranın Fars agentliyi F.Haşimin son iğtişaşlarda iştirak etməsi və insanları aksiyaya çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.
Onun təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilsə də harada saxlanıldığı və nə zaman həbs olunduğu qeyd olunmayıb.
***
Tezadlar.az xəbər verir ki, Əli Əkbər Haşimi Rəfsancani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlib. Ailəsi əkinçiliklə məşğul olub, fıstıq bağlarına sahib idi.
16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərində dini təhsil alır. 1958-ci ildə İranın birinci dini lideri Ruhulla Xomeyninin müridi, 1979–1980- cı illərdə daxili işlər naziri olur. 1980–1988-ci il İraq-Iran müharibəsində sülh əldə edilməsində böyük rol oynayır.
1989-cu il iyun ayında Xomeyninin ölümündən, Əli Xamneyinin prezidentliyindən (1980–1989) sonra İranın dövlət başçısı oldu.
1993-ci ildə yenidən dövlət başçısı seçilir. 1997-ci ildə isə seçkiyə qatılmır.
1993-cü ilin oktyabrında Bakıda rəsmi dövlət səfərində olub. AMEA-nın fəxri üzvü idi.
O, 2017-ci ildə 82 yaşında ürək tutmasından vəfat edib.
Y.MƏMMƏDLİ