Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə əlaqədar Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə şənbə günü Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfiri XİN-in xarici siyasət idarəsinin rəisi qəbul edəcək.
Nazirliyin bəyanatında Ukraynanın şərqində keçirilən referendumların "heç bir legitimliyi yoxdur, beynəlxalq hüquqa və krallığın müdafiə etdiyi bütün dəyərlərə zidd" olduğunu iddia edən Danimarkanın xarici işlər naziri Jeppe Kufudun sözlərinə istinad edilir.
“Danimarka Rusiyanın Ukraynanın quru sərhədlərini hərbi gücün köməyi ilə dəyişmək cəhdi ilə heç vaxt razılaşmayacaq”, - Kufud bildirib.
Sentyabrın 23-dən 27-dək Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək üçün referendum keçirilib. Onların sakinlərinin böyük əksəriyyəti Rusiya Federasiyasına qoşulmağın tərəfdarı idi. Cümə günü Rusiya prezidenti Vladimir Putin və bu regionların rəhbərləri onların Rusiyaya qoşulması haqqında saziş imzalayıblar.
E.ŞİRİNOV