Luqansk vilayətində rusların tərəfində vuruşan məhbuslar arasından 300-ə yaxın yaralı xəstəxanaya çatdırılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 06:00-a olan əməliyyat məlumatında bildirilir.
"Luqansk vilayətində Ukrayna ərazisində döyüşməyə razılıq verən məhbuslar arasından 300-ə yaxın yaralı Novosvetlivkadakı yerli xəstəxanaya çatdırılıb", - məlumatda deyilir.
Baş Qərargah xatırladıb ki, Ukraynaya qarşı silahlı təcavüzü dəstəkləməyə davam etmək üçün Rusiyada səfərbərlik davam edir.
“Bəzi rayonlarda yerli hakimiyyət orqanları hərbi yaşda olan işsiz kişilər hesabına planı yerinə yetirməyə, bununla da daxili problemi həll etməyə çalışır”, - deyə məlumatda bildirilir.
E.ŞİRİNOV