Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə əlaqədar Vladimir Putin Rusiyanın baş naziri Mixail Mişustindən, baş nazirin müavini Marat Xusnullindən, fövqəladə hallar naziri Aleksandr Kurenkovdan və Nəqliyyat Nazirliyi Vitali Savelyevdən, habelə hüquq-mühafizə orqanlarının rəhbərlərindən məlumat alıb”, - sözçüsü bildirib.
"Prezident baş nazirə tapşırıb ki, hadisənin səbəblərini aydınlaşdırmaq və nəticələrini tezliklə aradan qaldırmaq üçün hökumət komissiyası yaratsın. Buraya həmçinin Krasnodar diyarının və Krımın rəhbərləri, Milli Qvardiyanın, FSB-nin, Daxili İşlər Nazirliyinin nümayəndələri daxil olacaq”, - o əlavə edib”, - o əlavə edib.
"Dövlət başçısının tapşırığı ilə nazirlər Savelyev və Kurenkov hadisə yerinə yola düşüblər", - Peskov bildirib.
E.ŞİRİNOV