Luqansk Xalq Respublikası (LXR) Ukrayna ilə əsir mübadiləsi aparıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə LPR-nin insan hüquqları üzrə müvəkkili Viktoriya Serdyukova bildirib.

Onun sözlərinə görə, mübadilə zamanı LXR Xalq Milislərinin (XM) on hərbçisi respublikaya qayıdıb. Onların hazırda reabilitasiya keçirdikləri, həkim və psixoloqlarla birgə işlədikləri qeyd edilir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskva ilə Kiyev arasında yeni əsir mübadiləsinin baş verdiyini bildirib. Nəticədə, Rusiya tərəfi 20 hərbçisini geri qaytara bilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN