İsveçrə Avropa İttifaqının İrana qarşı Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü və Ukraynadakı müharibədə istifadəsinə görə tətbiq etdiyi sanksiyalara qoşulub.

Tezadlar.az "Azadlıq Radiosu"na istinadla bildirir ki, bu barədə İsveçrə hökumətinin press-relizində deyilir. Qeyd olunur ki, sanksiyalara cavabdeh olan İsveçrə Federal İqtisadiyyat və Energetika Departamenti ölkənin Federal Xarici İşlər Nazirliyi ilə birlikdə Rusiyaya pilotsuz təyyarələrin tədarükünə görə Aİ-nin İrana tətbiq etdiyi sanksiyalara qoşulmaq qərarına gəlib. Sitat: "Qərar İsveçrənin bütün daxili və xarici siyasət maraqları nəzərə alınmaqla qəbul edilib".

Daha əvvəl xəbər verildiyi kimi, oktyabrın 20-də Avropa İttifaqı Rusiyaya kamikadze dronların tədarükünə görə İrana qarşı sanksiyaları genişləndirib. Və İranda hələ də kütlələrin geniş etirazları davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN