Cənubi Koreya 180-dən çox Şimali Koreya döyüş təyyarəsinin hərəkətə gətirildiyini qeydə aldıqdan sonra ən azı 80 döyüş təyyarəsini havaya qaldırıb.

Noyabrın 4-də bu barədə Cənubi Koreyanın Yonhap agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, yerli vaxtla saat 11:00-dan 15:00-a qədər Cənubi Koreyalı mütəxəssislər iki yüzə yaxın Şimali Koreya hərbi təyyarəsinin hərəkətə gətirildiyini aşkar ediblər. Xüsusilə, onlar KXDR-in daxili ərazilərində, eləcə də ölkənin qərb və şərq sahilləri yaxınlığında səmada qeydə alınıb. Hərbçilərin sözlərinə görə, söhbət bombardmançılardan, həmçinin MiQ və Su qırıcılarından gedirdi.

Buna cavab olaraq Seul F-35A da daxil olmaqla onlarla qırıcısını havaya uçurmaq qərarına gəlib.

Bundan əvvəl, noyabrın 2-də Şimali Koreyanın Yapon dənizindəki bufer zonasına 100 artilleriya atəşi açdığı bildirilmişdi. Bundan əvvəl o da məlum olub ki, KXDR Yapon dənizi və Sarı dənizə müxtəlif tipli ən azı on raket atıb, onlardan biri isə şimal sərhəd xəttindən 26 kilometr cənubda beynəlxalq sulara düşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN