Ukraynada nüharibə başlayandan bəri rusların Gürcüstana axını onqat artıb...

belə ki, təkcə oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə artıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu ölkənin barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Məlumata əsasən, 2021-ci ilin oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı 29 159 nəfər təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 109 158 nəfər olub. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ziyarətçilərin sayına görə, 2022-ci ilin oktyabr ayında Rusiya ilk 15 ölkə arasında 1-ci yerdədir. İkinci yerdə 81 033 ziyarətçi ilə Türkiyə, 3-cü yerdə isə 72 877 ziyarətçi ilə Ermənistan gəlir.

Rusiyadan insanların məhz Gürcüstana axını suallar doğurur. Axı necə ola bilər ki, 2008-ci ildə Gürcüstan ərazisini işğal edən Rusiyanın vətəndaşları indi müharibə qorxusundan Gürcüstana gəlirlər???

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN