Ukraynanın Berlindəki səfiri Oleksiy Makeyev Almaniyadan birbaşa döyüş tanklarının çatdırılmasının tezləşdiriləcəyini deyib...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, səfir "Funke” media qrupuna müsahibəsində belə deyib. Sitat: “Leopard 2-nin Almaniyadan birbaşa Ukraynaya çatdırılması ilə bağlı qərarın veriləcəyinə ümid etməyə əsasımız var. Bu tezliklə baş verəcək. Bu məsələ ilə bağlı federal hökumətlə danışıqlar aparılır. Bizə bu döyüş tankları lazımdır... Rusiyanı necə əzdiyimizin vaxtı çatıb. Başqa nə ola bilər? Daha nə qədər Bux, Mariupol və ya İzyumovda zorlama yerləri və kütləvi məzarlıqlar olmalıdır. Bunlara son qoymalıyıq...".

Səfir deyib ki, Almaniya artıq IRIS-T raketdən müdafiə sisteminin tədarükü ilə “liderlik nümayiş etdirib”. Sitat: "Və biz digər silah sistemlərində də bu liderlik roluna ümid edirik. Bunlar əsas döyüş tankları və Leopard, Marder, Füchse və Dingo kimi zirehli texnikalardır".

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN